Modern.az

Tvitter Trampın hesabını bərpa etməyəcək

Tvitter Trampın hesabını bərpa etməyəcək

10 Fevral 2021, 23:41

Tvitter sosial şəbəkəsi ABŞ-ın eks-prezidenti Donald Tramın bloklanmış hesabını heç bir halda bərpa etməyəcək.

 

Modern.az TASS-a istinadla xəbər verir ki, bunu şirkətin maliyyə müdiri Ned Seqal MSNBC kanalına müsahibəsində bildirib.

 

“Əgər biz kimliyindən asılı olmayaraq, hər hansı bir şəxsi platformadan xaric etmişiksə, bu qəti qərardır. Bizim qaydalarımıza görə, heç kimin zorakılığa çağırış etməyə ixtiyarı yoxdur. Əgər kiminsə hesabı bu səbəbdən bloklanırsa, bir daha bərpa edilmir”, - deyə tvitter rəsmisi bəyan edib.

 

Xatırladaq ki, Trampın sosial şəbəkədəki hesabı yanvarın 6-da Kapitoliyə hücumdan üç gün sonra bağlanıb.

 

Tvitter rəhbərliyi hadisələrin baş verdiyi gündə prezidentin yazdığı tvitlərdə zorakılığa təhrik edən ifadələrin yer aldığını bildirib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu