ABŞ Prezidenti Co Bayden ölkə maraqlarını qorumaq üçün güc tətbiq etməkdən çəkinməyəcəyini bəyan edib.
Modern.az xəbət verir ki, dövlət başçısı bunu Pentaqonda çıxış edərkən deyib.
“Dünyada Amerika maraqlarını qorumaq baxımından güc tətbiq etmək lazım gələrsə, heç vaxt tərəddüd etməyəcəyəm. Ancaq hesab edirəm ki, güc tətbiq etmək ilk deyil, son çarə olmalıdır”, - deyə Bayden bildirib.