Modern.az

Bakı meriyası İctimai Palataya cavab verdi

Bakı meriyası İctimai Palataya cavab verdi

Təhsil

22 Avqust 2012, 12:15

Müxalifət qüvvələrinin birləşdiyi İctimai Palata (İP) ilə Bakı şəhər İcra Hakimiyyəti arasında məhkəmə çəkişməsi davam edir. Belə ki, İctimai Palata bu ilin aprelin 22-də keçirmək istədiyi aksiyaya icazə verilmədiyi üçün Bakı meriyasından 1 saylı Bakı İnzibati-İqtisad məhkəməsinə şikayət edib.
İP-in Koordinasiya Şurasının üzvü Gülağa Aslanlı Modern.az-a açıqlamasında Bakı şəhər İcra Hakimiyətindən Avropa Məhkəməsinə şikayət edəcəklərini bildirmişdi.

Yaranan mübahisəyə Bakı Şəhər İcra Hakimiyyətinin İctimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Zaur Ramazanov münasibət bildirib.O, Modern.az-a deyib:

“Təbii ki, İctimai Palata adlanan təşkilatın haqqımızda şikayət etməsi tam əsassızdır. Biz onlara qanunsuz aksiya keçirməyə icazə verməmişik. Burada heç bir qanun pozuntusu yoxdur. Biz qanunlar çərçivəsində addım atmışıq. Məncə, onlar yenə də öz istəklərinə nail ola bilməyəcəklər”, - deyə Z. Ramazanov bildirib.

İctimai Palata bu il aprelin 22-də keçirmək istədiyi aksiyaya icazə vermədiyi üçün Bakı şəhər İcra Hakimiyyətindən şikayət edib. Meriyanın cavabının əsassız olduğunu iddia edən İP sərbəst toplaşmaq azadlığının pozulmasına görə təşkilatçılara hərəsinə 1000 manat olmaqla təzminat ödənilməsi ilə bağlı iddia qaldırıb . 

Anar RÜSTƏMOV 
 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi