Modern.az

7771 abituriyent ixtisas seçimi edib

7771 abituriyent ixtisas seçimi edib

Təhsil

22 Avqust 2012, 12:16

2012/2013-ci tədris ili üçün ali təhsil müəssisələrinin boş qalan yerləri üzrə və orta ixtisas təhsil müəssisələrinə ixtisas seçiminin başa çatmasında bir gün qalıb. TQDK-nın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, ixtisas seçimi sabah saatt 23:59-dək  internet vasitəsilə aparılacaq.

Bildirilib ki, həmin vaxta qədər ixtisas seçiminə buraxılmış bütün abituriyentlər ixtisas seçimi etməli və “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”ni təsdiqləməlidirlər. Ərizələrini təsdiqləməyən abituriyentlər müsabiqədə iştirak etmək hüququnu itirirlər.  İxtisas seçimi mərhələsində abituriyentlər qəbul olmaq istədikləri ixtisasları (ali təhsil müəssisələrin boş qalan plan yerlərinin müsabiqəsində iştirak hüququ olanlar  həmin yerlərlə yanaşı, orta ixtisas təhsil müəssisələrinin də ixtisalarını seçə bilərlər) seçib onların kodlarını “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edirlər. 

Qeyd edək ki, 22 avqust saat 11:00-dək abituriyentlərdən 7771 nəfəri ixtisas seçimi ərizəsini təsdiq edib.   

 

İxtisas qrupları

 

Bolmə

I qrup

II qrup

III qrup

IV qrup

Cəmi

Azərbaycan

1725

1357

3189

887

7158

Rus

148

161

259

45

613

Cəmi

1873

1518

3448

932

7771

 

Anar RÜSTƏMOV    

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi