Modern.az

Müdafiə nazirləri təlimlərdə silahlara baxış keçirdilər - FOTOLAR

Müdafiə nazirləri təlimlərdə silahlara baxış keçirdilər - FOTOLAR

11 Fevral 2021, 17:44

Türkiyənin Qars şəhərində keçirilən “Qış təlimi-2021” təlimlərini izləyən Türkiyənin milli müdafiə naziri Hulusi Akar və Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov daha sonra təlimlərdə istifadə olunan silahlara baxış keçiriblər.

 

Modern.az xəbər verir ki, bu, Türkiyə Milli Müdafiə Nazirliyinin görüntülərində öz əksini tapıb.

 

Nazirlərlə yanaşı, Azərbaycan müdafiə nazirinin müavini - Əlahiddə Ümumqoşun Ordu Komandanı, general-polkovnik Kərəm Mustafayev də silahları nəzərdən keçirib.

 

Daha sonra rəsmilər təlimlərin xəritəsi ilə tanış olublar.

 

Qeyd edək ki, fevralın 1-də Qars şəhərində "Qış təlimi-2021" adlı Türkiyə-Azərbaycan birgə təlimləri başlayıb. Z.Həsənov təlimləri izləmək üçün bu şəhərə gedib. Bu gün Z.Həsənov və türkiyəli həmkarı Hulusi Akar təlimlərin Müşahidəçi günündə iştirak ediblər. Fevralın 12-də başa çatacaq təlimlərin məqsədi birgə əməliyyatların keçirilməsi vaxtı hərəkətlərin koordinasiyasını təmin etmək, həmçinin yeni silahlandırılmanı və nəqliyyat vasitələrini sınaqdan keçirməkdir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu