Ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə qəbul olanlar 24 avqust 2012-ci il saat 17:00-dək sənədlərini qəbul olduqları təhsil müəssisəsinə təqdim edərək qeydiyyatdan keçməlidirlər. Bu barədə Modern.az saytına TQDK-dan bildirilib.
TQDK xəbərdarlıq edib ki, həmin müddətdə qeydiyyatdan keçməmək bakalavrın müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali təhsil müəssisəsinə göndərilməyəcəkdir.Qeyd edək ki, magistraturanın boş qalan plan yerlərinə qəbul olmaq üçün 667 bakalavr müraciət edib. Onlardan müsabiqə nəticəsində 346 nəfər magistratura səviyyəsi üzrə təhsil almaq hüququ qazanıb. İxtisas seçimi avqustun 15-dən başlanıb.
Anar RÜSTƏMOV