Modern.az

Türkiyədə 4,7 bal gücündə zəlzələ oldu

Türkiyədə 4,7 bal gücündə zəlzələ oldu

12 Fevral 2021, 08:57

Türkiyədə zəlzələ baş verib.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məlumatı ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) yayıb.

 

Məlumata görə, yeraltı təkanlar Kastamonuda 4,7 bal gücündə qeydə alınıb. Zəlzələ ocağı 7 kilometr dərinlikdə yerləşib.

 

Təbii hadisə zamanı dağıntı və ya tələfat qeydə alınmayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu