Modern.az

Ötən gün 43 cinayətin üstü “isti izlər”lə açıldı  

Ötən gün 43 cinayətin üstü “isti izlər”lə açıldı  

12 Fevral 2021, 10:17

Daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 43 cinayətin üstü “isti izlər”lə açılıb.

 

DİN-in Mətbuat Xidmətindən Modern.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 11 cinayətin açılması təmin olunub.

 

Axtarışda olduğuna görə ümumilikdə 30 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 23 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 20, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu