Ermənistan baş nazirinin oğlu Aşot Paşinyan barda görüntülənib.
Modern.az xəbər verir ki, kanadalı jurnalist və analitik Nil Hauer “Tvitter”də Aşot Paşinyanla foto paylaşıb.
O, hökumət rəhbərinin oğlunu Yerevan barlarından birində gördüyünü söyləyib.
“Barda mən təsadüfən Nikol Paşinyanın oğlu ilə görüşdüm. Yaxşı oğlandır” – deyə jurnalist yazıb.