Modern.az

İlhamə Quliyeva Moskvaya niyə getmişdi?

İlhamə Quliyeva Moskvaya niyə getmişdi?

Təhsil

22 Avqust 2012, 16:13

Bəzi KİV-də xalq artisti İlhamə Quliyevanın ürək-damar sistemində problem yarandığını və müalicə olunmaq üçün Moskvaya getdiyini bildirib. Müğənninin prodüseri Lamiyə xanımın Modern.az-a verdiyi məlumata görə, İlhamə Quliyeva artıq ölkədədir.

“İlhamə xanım şənbə günü efir vasitəsilə özü bildirib ki, ayın 19-u Moskvaya gedir və 22-si qayıdacaq. Getdi və elə dünən gecə təyyarə ilə qayıtdı. Hazırda vəziyyəti çox yaxşıdır, özünü də çox yaxşı hiss edir. O, Moskvaya sadəcə doğum gününü qeyd etmək üçün getmişdi, müalicə almaq üçün yox”, – deyə prodüser bildirib.
Qeyd edək ki, İ.Quliyeva ürək-damar sistemində problem olduğu üçün avqustun 24-də Neftçilər xəstəxanasında əməliyyat olunacaq.

 Sevinc İltifatqızı

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi