Modern.az

Fazil Mustafadan bahalaşmaya ETİRAZ

Fazil Mustafadan bahalaşmaya ETİRAZ

12 Fevral 2021, 11:41

"Sahibkara istənilən səviyyədə yardım etmək mümkün deyil. Dünyanın hər yerində idman kompleksləri açıqdır. Ancaq ölkəmizdə idman zalları bağlıdır. Halbuki, idman zallarında o qədər də çox adam olmur".

 

Modern.az xəbər verir ki, bunu parlametin iclasında çıxış edən deputat Fazil Mustafa deyib.

 

Deputat ölkədəki qiymət artımının iş yerləri bağlı olan insanların həyatına mənfi təsir etdiyini vurğulayıb:

"Ərzaqlarin qiyməti qalxıb. Bahalaşma hər sahədə müşahidə olunur. Aydın məsələdir ki, hamımız koronavirusa yoluxaraq prosesə getdik. Yüzlərlə insanın taleyini işin axarına buraxa bilmərik. Hər halda bağlı yerləri açmaq lazımdır".

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi