Modern.az

Prezidentin xüsusi nümayəndəsinin hüquqi statusu müəyyən edilir

Prezidentin xüsusi nümayəndəsinin hüquqi statusu müəyyən edilir

Aktual

12 Fevral 2021, 11:52

Azərbaycan Prezidentinin xüsusi nümayəndəsinin, onun müavinin və nümayəndəliyin mütəxəssislərinin hüquqi statusu müəyyən edilir.

 

Modern.az-ın məlumatına görə, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında “Dövlət qulluğu haqqında” qanuna yeni anlayışlar daxil edilir.

 

Dəyişikliyə əsasən, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələrinin vəzifələri, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələrinin müavinlərinin vəzifələri, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərində mütəxəssislərin vəzifələri inzibati və yardımçı vəzifələr hesab ediləcək.

 

Təklif müzakirələrdən sonra səsə qoyularaq bir oxunuşda qəbul edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular