Modern.az

Nazir: İxrac potensialı yüksək olan 120-yə yaxın məhsul var

Nazir: İxrac potensialı yüksək olan 120-yə yaxın məhsul var

12 Fevral 2021, 12:23

“Yalnız şaxələnmiş iqtisadiyyat dayanıqlı ola bilər. Bu prinsip əvvəlki illərdə olduğu kimi, yenə də əsas hədəflərdən biridir. Hökumət qeyri-neft ixracının genişləndirilməsi və rəqabətin sürətləndirilməsinə nail olmaq niyyətindədir. Bu məqsədlə qeyri-neft ixracının artımını təşviq edən strategiya həyata keçiriləcək”.

 

Modern.az-ın məlumatına görə, bunu “Postpandemiya dövründə vergi sistemi” konfransında İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

 

Nazir qeyd edib ki, hazırda ixrac potensialı yüksək olan 120-yə yaxın məhsul var:

“Bu məhsulların 20-dən artıq hədəf bazarları istiqamətində yönəldilməsi nəzərdə tutulur. Bu sahədə innovativ ekosistem inkişaf etdirilməlidir”.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu