Modern.az

Şamaxıda ağacların qanunsuz kəsilməsi ilə bağlı şikayət araşdırıldı

Şamaxıda ağacların qanunsuz kəsilməsi ilə bağlı şikayət araşdırıldı

12 Fevral 2021, 12:27

Şamaxı Regional Meşə Təsərrüfatı Mərkəzinin Ağsu meşəbəyliyinin 13 saylı dolayında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət yerində araşdırılıb. Araşdırma zamanı sözügedən meşə sahəsində qanunsuz ağac kəsintisi qeydə alınmayıb.

 

Bunu Modern.az-a Xidmətin rəsmisi Bəhruz Məhəmmədov bildirib.

 

O qeyd edib ki, meşə qanunvericiliyinə uyğun olaraq 2020-ci il üçün Ağsu meşəbəyliyinin 13 saylı dolayındakı ərazinin qırma sahəsi üçün ayrıldığı və ərazidəki bioloji inkişafdan qalmış, köküstə qurumuş, əyilmiş ağacların kötüklərinin damğalanaraq oduncaq tədarükü üçün kəsildiyi və buraxılış orderi əsasında hüquqi və fiziki şəxslərə satıldığı məlum olub.

Sizə yeni x var
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu