Pandemiyadan zərər çəkmiş sahələrdə maliyyə dəstəyi 2 proqram üzrə 4 mərhələdə həyata keçirilib. Hər iki proqram üzrə 358 milyon manat vəsait sahibkarların bank hesablarına köçürülüb.
Modern.az-ın məlumatına görə, bunu Dövlət Vergi Xidmət rəisinin müavini, xidmət rəisi vəzifəsinin müvəqqəti icraçısı Orxan Nəzərli “Postpandemiya dövründə vergi sistemi” konfransında bildirib.
O.Nəzərli qeyd edib ki, pandemiyadan zərər çəkmiş sahələr üzrə muzdlu işçilərə əmək haqlarının ödənilməsi üzrə birinci dəstək proqramı 217 min 531 muzdlu işçini, ikinci dəstək paketi üzrə 243 min 325 nəfər işçini, karantin rejiminin tətbiq olunduğu 10 rayon üzrə üçüncü paket 9311 min muzdlu işçini, dördüncü dəstək paketi üzrə 774min 316 muzdlu işçini əhatə edib.