Prezident İlham Əliyev Azərbaycan Respublikasının Estoniya Respublikasında fövqəladə və səlahiyyətli səfirinin vəzifəsindən geri çağırılması haqqında sərəncam verib.
Modern.az-ın məlumatına görə, sərəncamla Murad Nizami oğlu Nəcəfbəyli Azərbaycan Respublikasının Estoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılır.