Modern.az

Bu dəfə qocalar evini onlar ziyarət etdilər - FOTOLAR

Bu dəfə qocalar evini onlar ziyarət etdilər - FOTOLAR

Təhsil

22 Avqust 2012, 17:48

Ramazan bayramı ərəfəsində Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin kollektivi Bilgəh qəsəbəsində yerləşən qocalar evini ziyarət ediblər. Modern.az-ın məlumatına görə, ziyarət vaxtı qayğıdan məhrum olunmuş qocaların bayramları təbrik edilib və onlara müxtəlif hədiyyələr verilibdir.

Bildirilib ki, tədbirin əsas mahiyyəti qayğıya ehtiyacı olan insanların könüllərini şad edib, sosial məsuliyyət prinsiplərini insanlara bir daha xatırlatmaqdır. Bu kimi aksiyaların Mərkəz tərəfindən gələcəkdə də keçirilməsi nəzərdə tutulur. 

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 26 oktyabr tarixli 2469 nömrəli Sərəncamının icrası olaraq Bakıda Nəqliyyatı İntellektual İdarəetmə Sisteminin yaradılmasına başlanılıbdır. Real rejimdə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi 29 dekabr 2011-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirak etdiyi açılışdan sonra fəaliyyətə başlayıb.  

 

 

 

 

 

 

 
 

Modern.az

 
Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi