Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı fövqaladə və səlahiyyətli səfiri Haməd bin Abdullah bin Xudeyri bu gün Quba rayonuna səfər edib.
Modern.az xəbər verir ki, səfiri əvvəlcə Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev qəbul edib və ona rayon haqda geniş məlumat verib.
Sonra səfir Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib. Qonağa məlumat verilib ki, kompleks 2013-cü ilin sentyabr ayında istifadəyə verilib və Heydər Əliyev Fondunun dəstəyilə yaradılıb.
Səudiyyə Ərəbistanı Krallığının səfirinə məzarlığın 1918-ci ildə ermənilərin dinc sakinlərə qarşı törətdiyi soyqırım faktının canlı nümunəsi olduğu barədə geniş məlumat verilib.
Səudiyyə Ərəbistanından olan diplomat daha sonra Cümə məscidində, "Qədim Quba"xalçaçılıq və Eko Aqrar müəssisələrində olub.
Aytəkin Alxaslı