Modern.az

Bakıda bu marşrutun hərəkət sxemi dəyişdirildi

Bakıda bu marşrutun hərəkət sxemi dəyişdirildi

12 Fevral 2021, 17:35

Bakıda daha bir küçə təmirə bağlanıb.

 

Bakı Nəqliyyat Agentliyindən Modern.az-a verilən məlumata görə, İlqar Zülfüqarov küçəsində aparılan təmir işləri ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkətində müvəqqəti məhdudiyyət tətbiq edilib.

 

Bu səbəbdən 11 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti olaraq Xudu Məmmədov küçəsi – Gəncə prospekti – Sadıqcan küçələri ilə təşkil edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu