Modern.az

UNEC-in rektoruna “Firudin bəy Köçərli” mükafatı təqdim edildi - FOTOLAR

UNEC-in rektoruna “Firudin bəy Köçərli” mükafatı təqdim edildi - FOTOLAR

Təhsil

12 Fevral 2021, 18:20

AzEdu Təhsil Portalı 5 oktyabr Beynəlxalq Müəllimlər Günü münasibətilə “Firudin bəy Köçərli” mükafatını təsis edib.

 

Modern.az xəbər verir ki, mükafat hər ilin 5 oktyabr günündə 10 nominasiya üzrə layiqli sahiblərinə təqdim edilir.

 

Bu il 5 oktyabr Beynəlxalq Müəllimlər Günü qalibiyyətimizlə başa çatan Vətən Müharibəsinin gedişatına təsadüf etdiyindən, həmçinin, pandemiyaya görə bəzi qadağaların tətbiqi onun təqdimetmə mərasimini təxirə salmışdı.

 

Qeyd edək ki, AzEdu Təhsil Portalı və Azərbaycan Təhsil Jurnalistləri Birliyinin mükafatı təsis etməsində əsas məqsəd təhsilin inkişafında xüsusi xidmətləri olan şəxsləri diqqət mərkəzində saxlamaq, onların fəaliyyət və uğurlarını geniş ictimaiyyətə çatdırmaqdır.

 

Mükafat Fevralın 12-si “Təhsildə mükəmməl idarəçilik və uğurlu brendin təsisçisi kimi” nominasiyası üzrə UNEC rektoru, professor Ədalət Muradova təqdim edilib.

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı