Modern.az

Girov götürülən türkiyəli dənizçilər xilas edildi

Girov götürülən türkiyəli dənizçilər xilas edildi

12 Fevral 2021, 18:36

Nigeriya sahillərində dəniz quldurlarının hücumuna məruz qalan "Mozart" gəmisində girov götürülən 15 türk dənizçi xilas edilib.

 

Modern.az xəbər verir ki, bununla bağlı Türkiyə mətbuatı məlumat yayıb.

 

Yanvarın 23-də təşkil edilən hücumdan sonra heyətdən bu gün xoş xəbər alınıb. 15 dənizçi dəniz quldurlarının əlindən heç bir zərər görmədən xilas olunub. Onların vəziyyətinin yaxşı olduğu bildirilir. Onlar 2-3 gün içərisində İstanbula gətiriləcəklər.

 

Xatırladaq ki, Qvineya körfəzində “Mozart” konteyner gəmisinə hücum zamanı gəmiyə daxil olan quldurlar 2-ci mühəndis, azərbaycanlı Fərman İsmayılovu qətlə yetirib, 15 nəfər Türkiyə vətəndaşını isə qaçırmışdı.

 

 
 
 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu