Modern.az

“Türk hava yolları” Gəncəyə uçuşları bərpa etməyi planlaşdırır

“Türk hava yolları” Gəncəyə uçuşları bərpa etməyi planlaşdırır

12 Fevral 2021, 20:00

“Türk hava yolları” aviaşirkəti Gəncə şəhərinə uçuşları bərpa etməyi planlaşdırır.

 

Modern.az-ın məlumatına görə, bunu şirkətin Azərbaycandakı nümayəndəsi İlyas Seyfulla deyib.

 

Onun sözlərinə görə, Gəncə, Göygöl, Gədəbəy və Naftalanın turizm potensialının inkişafı turistlərin sayına müsbət təsir göstərir:

 

"Bu amilləri nəzərə alaraq biz Gəncəyə münasib qiymətlərlə aviareysləri təşkil etməyi planlaşdırırıq".

 

Gəncəyə reyslərin 2021-ci il mayında başlanması nəzərdə tutulur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu