Modern.az

Avropada daha bir koronavirus peyvəndi sınaqdan keçirilir

Avropada daha bir koronavirus peyvəndi sınaqdan keçirilir

12 Fevral 2021, 20:34

Avropa Dərman Preparatları Agentliyi Almaniyanın "Curevac" şirkətinin hazırladığı koronavirus vaksininin ekspertizasına başlayıb.

 

Modern.az xəbər verir ki, qərar preparatın laborator tədqiqatlarının və ilkin kliniki sınaqlarının nəticələri əsasında verilib.

 

Həmin preparatın koronavirusa qarşı anticisimlərin və immun hüceyrələrinin formalaşmasına kömək etdiyi məlum olub.

 

Hazırda "Curevac"ın insanlar üzərində sınaqları davam edir.

 

Qeyd edək ki, Avropa Dərman Preparatları Agentliyi bu günədək 3 koronavirus vaksininə qeydiyyat icazəsi verib. Ötən ilin sonunda və bu ilin əvvəlində "Pfizer" və "BioNTech" şirkətlərinin vaksini, "Moderna" vaksini, eləcə "AstraZeneca" ilə Oksford universitetinin birgə vaksini qeydiyyata alınıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu