Modern.az

Manukyan erməniləri qiyama çağırdı 

Manukyan erməniləri qiyama çağırdı 

12 Fevral 2021, 22:51

İnsanlar qiyam etmək hüququna sahibdirlər və bu, bir çox ölkədə baş verib.

 

Modern.az xəbər verir ki, bunu Ermənistan müxalifətinin baş nazir vəzifəsinə vahid namizədi Vazgen Manukyan mitinqdə jurnalistlərə verdiyi açıqlamasında deyib.

 

O bildirib ki, qiyamlara hazırlaşmırlar, bu, xalqın narazılığından baş verir. Manukyan, həmçinin insanları üsyana təhrik edəcəyini də etiraf edib:

 

“Mən öz tərəfimdən hər zaman üsyana təşviq edəcəyəm. Bu hakimiyyətin getməsi üçün istənilən tədbiri təşviq edəcəyəm. Tariximizdə ölkə liderinin dövləti bu qədər aşağılayıcı şəkildə məhv edib, satdığı vəziyyət olmayıb”.

 

Yeri gəlmişkən, Vazgen Manukyan mitinqdə Yerevandakı Azadlıq meydanını “Vətənin xilası hərəkatı”nın qərargahı elan edib.

“Azadlıq meydanı bizim baş qərargahımızdır, təmsilçilərimiz həmişə burada olacaq, mən hər gün saat 17.00-dan 19.00-a qədər buradayam", - Manukyan bildirib.

O, tərəfdarlarını gələcək addımları müzakirə etmək üçün meydana dəvət edib.

 

Xatırladaq ki, Ermənistan müxalifəti 20 fevral tarixinə böyük mitinq elan edib (virtualaz.org).

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu