Modern.az

Messinin butsları hərraca çıxarılacaq - FOTO

Messinin butsları hərraca çıxarılacaq - FOTO

12 Fevral 2021, 23:28

Lionel Messi "Barselona"da 644-cü qolu vurduğu butsları xeyriyyə məqsədilə Kataloniya Milli Muzeyinə ianə edib.

 

Modern.az xarici mətbuata istinadla xəbər verir ki, butslar muzeydə yerləşdiriləcək və daha sonra hərracda satılacaq.

 

Əldə edilən pul xəstəlikdən əziyyət çəkən uşaqların müalicəsinə sərf ediləcək.

 

Qeyd edək ki, Lionel Messi 644-cü qolunu "Villareal"ın qapısından keçirib. Argentinalı hücumçu bu qolu ilə əfsanəvi braziliyalı futbolçu Pelenin bir klubda (Santos) vurduğu 643 qol rekordunu qırıb.

 

T.İSMAYIL

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu