Modern.az

Moskvada 30-dan çox reys təxirə salındı

Moskvada 30-dan çox reys təxirə salındı

13 Fevral 2021, 10:00

Moskvada kəskin hava şəraiti ilə əlaqədar hava limanlarında 30-dan çox reys təxirə salınıb.

 

Modern.az-ın məlumatına görə, ötən gün Rusiya paytaxtında rekord həddə qar yağıb. Qarın bu gün ərzində də yağması planlaşdırılır.

Bununla əlaqədar olaraq "Domodedovo" hava limanından 22, "Şeremetyevo"da 7, "Vnukovo"da isə 5 reys təxirə salınıb.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu