Modern.az

Azərbaycanda koronavirus: 155 yoluxma, 5 ölüm

Azərbaycanda koronavirus: 155 yoluxma, 5 ölüm

13 Fevral 2021, 15:44

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 155 yeni yoluxma faktı qeydə alınıb, 169 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.


Azərbaycanda indiyədək ümumilikdə 231995 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 226514 nəfər müalicə olunaraq sağalıb, 3178 nəfər vəfat edib, aktiv xəstə sayı 2303 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9715, ötən müddət ərzində isə ümumilikdə 2495198 test aparılıb.

 

 

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər