Modern.az

İlon Mask Putini “Clubhouse”da söhbətə çağırdı

İlon Mask Putini “Clubhouse”da söhbətə çağırdı

Dünya

14 Fevral 2021, 08:18

“Tesla” və “SpaceX” şirkətinin rəhbəri İlon Mask Prezident Vladimir Putini “Clubhouse” səsli sosial şəbəkəsində danışmağa dəvət edib.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, Mask bu barədə “Twitter” hesabında yazıb. 

 

Kremlin rəsmi hesabından bəhs edən nəhəng iş adamı “Clubhouse”da söhbət etmək üçün mənə qoşulmaq istərdinizmi?”, deyə Putinə sələnib. 

 

“Sizinlə danışmaq böyük qürur olardı” - Mask rus dilində əlavə edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir