Modern.az

Sloveniyada iki qar uçqunu: 3 ölü

Sloveniyada iki qar uçqunu: 3 ölü

14 Fevral 2021, 09:02

Sloveniyada Alp dağlarının Kamnik-Savinski bölgəsində iki qar uçqunu baş verib. 

 

Modern.az xəbər verir ki, hadisə nəticəsində ümumilikdə üç nəfər ölüb, üç nəfər isə yaralanıb. 

 

İlk uçqunu yerli vaxtla saat 10: 30-da Storjiç dağında əmələ gəlib. Həmin vaxt ərazidə olan 2 alpinist aldığı xəsarətlərdən ölüb, 2-si yaralanıb. Hadisə barədə sağ qalan idmançılar məlumat veriblər.

 

İkinci qar uçqunu xilasetmə əməliyyatı zamanı olub. Bu zaman 1 alpinist yerindəcə ölüb, digəri ağır xəsarət alıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir