Modern.az

Gürcüstanda 18 yaşlı qız polisin ona cinsi zorakılıq etdiyini dedi

Gürcüstanda 18 yaşlı qız polisin ona cinsi zorakılıq etdiyini dedi

Dünya

14 Fevral 2021, 09:28

Rustavidə yaşayan 18 yaşlı bir qız polis məmurunu cinsi və fiziki zorakılıqda günahlandırır.

 

Modern.az Gürcüstan KİV-nə istinadla xəbər verir ki, bu barədə "Şənbə Formulu" məlumat yayıb. Mövcud məlumatlara görə, qız bir neçə dəfə şiddət qurbanı olub, bu səbəbdən də intihara cəhd edib. Hadisə bir il ərzində Rustavi Polisi Birinci İdarəsinin əməkdaşı tərəfindən araşdırılıb.

 

Qız sözügedən verilişdə qeyd edib ki, 11 yanvar tarixində işlə əlaqədar müstəntiqlə görüşüb. Qızın sözlərinə görə, görüşdən əvvəl müstəntiq ondan cinsi məzmunlu fotoşəkillər göndərməsini istəyib. Qadın hadisədən sonra iki dəfə intihara cəhd etdiyini bildirir və polisin yalnız ikinci intihar cəhdindən sonra hadisə ilə maraqlandığını deyir.

 

Rəsmi məlumatlara görə, hadisə üçün ekspertiza təyin edilib və müstəntiq işindən azad edilib. Lakin şöbəyə gələn çəkiliş qrupu sui-istifadə etdiyi iddia edilən şəxsin işdə olduğunu aşkar edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir