Qarabağda itkin düşən erməni hərbçilərin axtarışı davam etdirilir.
Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, Azərbaycanın Qubadlı rayonu ərazisində aparılan axtarış işləri nəticəsində döyüş əməliyyatları iştirakçıları olan daha 4 erməni hərbçinin meyitinin qalıqları tapılıb.
Meyitlərin şəxsiyyətini müəyyənləşdirmək üçün məhkəmə tibbi ekspertizası təyin edilib.
Axtarış işləri sabah -15 fevralda da davam etdiriləcək.
Verilən məlumatlara görə, indiyə kimi aparılan axtarış işləri nəticəsində ümumilikdə 1378 nəfərin qalıqları tapılıb.
Ermənistan tərəfi bildirir ki, Qarabağda itkin düşənlərlə bağlı məsələlər müharibədən sonrakı vəziyyət üşün çox ağrılıdır.
“Cəsədlər tapılandan sonra şəxsiyyəti müəyyənləşdirmək çox vaxt aparır. Bu sahəndə böyük problemlər qalır. Cəsədlərin toplanması, bir meyitxanadan digər meyitxanaya köçürülməsi zamanı məlumatların ötürülməsi və s... Lakin ən böyük problem DNT araşdırması və analizidir. Yüzlərlə cəsədin kimliyi hələ də müəyyən edilməyib”,-deyə qeyd edilir.
A.Qorxmaz