Modern.az

Hulusi Akar: “Mağaradan 13 günahsızın cəsədini aşkarladıq”

Hulusi Akar: “Mağaradan 13 günahsızın cəsədini aşkarladıq”

Aktual

14 Fevral 2021, 12:19

“Türkiyə Silahlı Qüvvələrinin (TSK) İiraqın şimalında yerləşən Qara bölgəsində terrorçulara qarşı başlatdığı “Pençe Kartal-2” əməliyyatında 3-ü “yüksək səviyyəli səlahiyyətli”lər olmaqla 48 terrorçu ölü, 2-si isə sağ vəziyyətdə ələ keçirlib”.

 

Modern.az-ın xəbərinə görə, bu barədə Türkiyənin müdafiə naziri Hulusi Akar “Pençe Kartal-2” Hərəkatı haqqında açıqlama verərkən bildirib.

 

H.Akar deyib ki, TSK-nın hərbi əməliyyatları zamanı terrorçuların sığındığı mağaradan 13 günahsız Türkiyə vətəndaşının cəsədi də aşkarlanıb.

 

“Beləcə terrorçuların xain və qatil üzü ilə bir daha sübut edildi” deyə nazir bildirib. 

 

Qeyd edək ki, Türkiyə Prezidentinin köməkçisi Fuad Oktay, Türkiyə PA-nın ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Fəxrəddin Altun, Türkiyənin XİN başçısı Mövlud Çavuşoğlu və Azərbaycanın XİN başçısı Ceyhun Bayramov 13 Türkiyə vətəndaşının şəhid olması ilə əlaqədar başsağlığı veriblər.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu