Modern.az

İranda koronavirusdan ölənlərin sayı açıqlandı

İranda koronavirusdan ölənlərin sayı açıqlandı

Dünya

14 Fevral 2021, 18:02

İranda ötən sutka ərzində 62 nəfər koronavirusdan (COVID-19) ölüb.

 

Modern.az-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

 

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 58945 nəfərə yüksəlib.

 

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində  7390 nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 1518263 nəfərə çatıb. Virus daşıyıcılarından 3709 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

 

Sadat Lari qeyd edib ki, İranda indiyədək 1298023 nəfər koronavirusdan sağalıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir