Qvineya hakimiyyəti rəsmi olaraq ölkənin cənub-şərqində Ebola xəstəliyi epidemiyasının başladığını elan edib.
Modern.az xəbər verir ki, bu barədə hökumətin açıqlamasında bildirilib.
Ölkə hökuməti Nzerekore prefekturası və Queke rayonunda Ebola virusunun səbəb olduğu xəstəliyin epidemiyasını elan edib:
"Səhiyyə nazirinin başçılıq etdiyi 14 fevral tarixli böhran iclasında epidemiyaya qarşı bir sıra tədbirlər həyata keçirilməsinə, o cümlədən Ebola xəstələri ilə təması olan hər kəsin müəyyənləşdirilməsinə və təcrid olunmasına qərar verildi".