Rusiyada COVID-19-a yoluxanların sayı 4,07 milyonu keçib. Rusiyada son sutka ərzində 14 min 185 nəfər koronavirusa yoluxub, 430 nəfər isə infeksiyadan həyatını itirib.
Modern.az xəbər verir ki, bu günə qədər Rusiyada 4 milyon 71 min 883 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 80 min 126 nəfərə çatıb.
Ölkə ərazisində ümumilikdə 3 milyon 593 min 101 şəxs virusdan sağalıb, 398 min 656 nəfərin müalicəsi isə davam edir.