Modern.az

Azərbaycanda məktəb direktoru qəfildən vəfat etdi

Azərbaycanda məktəb direktoru qəfildən vəfat etdi

Aktual

14 Fevral 2021, 23:40

Göyçay rayonunda məktəb direktoru vəfat edib.

 

Modern.az xəbər verir ki, Göyçay şəhər 8 saylı tam orta məktəbin direktoru, 1977-ci il təvəllüdlü Usubəliyev Ceyhun Ramiz oğlu bu gün qəfildən dünyasını dəyişib. Onun Göyçay şəhərinin RTS adlanan ərazisindəki beşmərtəbəli binadan iki gün öncə aldığı mənzildə ürəktutması səbəbindən öldüyü bildirilir.

 

Ceyhun Usubəliyevin meyiti müayinə üçün Respublika Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Göyçay rayon şöbəsinə aparılıb. Ölümün dəqiq səbəbi ekspertizanın rəyindən sonra bilinəcək (apa).

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu