Modern.az

“Real” evdə qalib gəldi

“Real” evdə qalib gəldi

Aktual

15 Fevral 2021, 00:49

İspaniya La Liqasının 23-cü turu çərçivəsində “Real Madrid” evdə “Valensiya”nı qəbul edib.

 

Modern.az xəbər verir ki, matç madridlilərin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

 

Oyunda Kərim Benzema və Toni Kross fərqləniblər.

 

Qeyd edək ki, aktivinə 3 xal yazdıran Madrid klubu əzəli rəqibi "Barselona"nı keçərək 49 xalla ikinci pilləyə yüksəlib. 46 xalla üçüncü pillədə qərarlaşan "Barselona" isə turnirdə "Real"dan bir oyun az keçirib.

İlk pilləni isə 54 xala sahib “Atletiko Madrid” tutur. “Atletiko”nun da hələ ehtiyatda iki oyunu var.

 

T.İSMAYIL

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu