Modern.az

Gəncədə ağır yol qəzası - FOTO

Gəncədə ağır yol qəzası - FOTO

Aktual

15 Fevral 2021, 01:00

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir i, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

 

Hərəkətdə olan "VAZ 2170" ("Lada Priora") markalı minik maşını idarəetmədən çıxıb. Nəticədə yoldan çıxaraq aşıb. Bu vaxt avtomobil polis əməkdaşlarına məxsus "FIAT" markalı xidməti avtomobilə də dəyib.

Qəza  zamanı sürücü xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Yaralının vəziyyətinin orta ağır olduğu bildirilir.

 

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır (apa).

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu