Modern.az

ABŞ prezidentinə yaxınlaşmaq istəyən silahlı qadın SAXLANILDI

ABŞ prezidentinə yaxınlaşmaq istəyən silahlı qadın SAXLANILDI

Aktual

15 Fevral 2021, 08:37

ABŞ-ın polis əməkdaşları Ağ Ev yaxınlığında maşınında doldurulmuş tapança aşkarlanan qadını saxlayıblar.

 

Modern.az xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarına istinadən “Fox News” telekanalı bildirib.

 

Polis əməkdaşlarının dediyinə əsasən, 66 yaşlı qadın nəzarət-buraxılış məntəqəsi vasitəsilə ABŞ prezidenti iqamətgahının hasarlanmış ərazisinə girməyə çalışıb. O, iddia edib ki, guya Amerika lideri Cozef Baydenə hansısa yazılı müraciəti verməyə hazırlaşır.

 

Asayiş keşikçiləri onun Ağ Ev yaxınlığında yerləşən avtomobilində axtarış zamanı tapança aşkarlayıblar. Şəxsiyyəti açıqlanmayan qadını pnevmatik silahla silahlanmış kişi müşayiət edib. O, qeydiyyatsız silah gəzdirmə səbəbindən saxlanılıb və ABŞ dövlətin birinci şəxslərinin mühafizəsi ilə məşğul olan Məxfi Xidmətinə verilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu