Modern.az

İran: “Biz Azərbaycanla “bir millət, iki dövlətik”

İran: “Biz Azərbaycanla “bir millət, iki dövlətik”

23 Avqust 2012, 14:21

Seyid Abbas Əraqçi: “Səhlənkarlığı kənara qoymalı, əlaqələrə xələl gətirən problemləri  tanımalı və onlar aradan qaldırılmalıdır”

İran xarici işlər nazirinin Asiya və Okeaniya məsələləri üzrə müavini Seyid Abbas Əraqçi Azərbaycan tərəfinin dəvəti ilə bu yaxınlarda Bakıya səfər edəcəyini açıqlayıb. Modern.az bildirir ki, o, bu barədə “Fars” agentliyinə müsahibəsində bildirib.

Əraqçi öz müsahibəsində İranla Azərbaycan Respublikası arasında münasibətlərin müştərək tarixi və mədəni köklərə əsaslandığını vurğulayaraq deyib: “Biz iki dövlətdə bir millətin təcəllasının eyni olmşuq və hal-hazırda da belədir. Azərbaycanlıların kommunistlərin əlindən qurtuluşunun sevinci və iranlı qardaşlarını öz ağuşlarına çəkmələri iki ölkə xalqının yaddaşından əlavə, bütün dünya xalqlarının yaddaşında qalacaq”.

Seyid Abbas Əraqçi bildirib ki, “əgər şərait, daxili, regional və beynəlxalq qüvvələr də kömək etsəydi, hər iki ölkə üçün rifahla yanaşı və digər ölkələrin qibtəsinə səbəb olan bir vəziyyət hakim olardı”.

“Biz, hər iki ölkənin rəsmiləri çalışmalıyıq ki, Tehran-Bakı  münasibətləri digər ölkələr üçün nümunə ola biləcək səviyyəyə çatsın”-deyə Əraqçı vurğulayıb.

Xarici işlər nazirinin müavini iki ölkə münasibətlərinin müxtəlif səbəblər üzündən yaranmış fürsətlərdən kamil surətdə istifadə edə bilməməsini də qeyd edərək açıqlayıb:

“Bununla belə, son illərdə ikitərəfli münasibətlər müsbət yönümdə olub və bu proses orta məmurların idarəçiliyindən əlavə, iki ölkənin yüksək rütbəli rəsmilərinin iradəsinə borcludur”.

Nazir müavini iki qardaş arasında ixtilaflı nəzərləri təbii sayaraq, bunun iki ölkə arasında da hətta gözlənilən olmasına diqqətə çəkərək, deyib: “Lakin çalışmalıyıq ki, həmin ixtilaflar minimuma enərək qarşılıqlı anlaşmaya çevrilsin. Əlbəttə, bunun üçün hər iki ölkənin müxtəlif aparatları, əsasən də xarici işlər nazirlikləri öz səylərini göstərməldir. Münasibətlərin genişlənməsi istiqamətində  rəhbərlərin iradəsindən əlavə daha artıq çalışmalı, səhlənkarlığı kənara qoymalı, əlaqələrə xələl gətirən problemləri tanımalı və aradan qaldırmalı, qarşılıqlı etibarı möhkəmləndirən təkliflərə diqqət etməliyik. İkitərəfli münasibətlərin möhkəmləndirilməsində çalışmalıyıq ki, onun əsası qarşılıqlı hörmət və maraq üzərində qurulsun”.

O həmçinin deyib ki, bəzi ölkələr İranla Azərbaycan Respublikası arasındakı münasibətlərin inkişafını istəmir. “Lakin mühüm sayılan əsas məsələ hər iki ölkə rəhbərlərinin bu münasibətləri genişləndirmək üçün iradəsidir”.

Seyid Abbas Əraqçi bu münasibətlərin müxtəlif səthlərdə genişlənməsinin tərəfdarı olduğunu və bu arada medianın rolunun təsirli olmasını xatırladıb.

Xaqani SƏFƏROĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış