Modern.az

Bakıda polis bərbərxanada qadına kobudluq edib? - Nazirlik araşdırır

Bakıda polis bərbərxanada qadına kobudluq edib? - Nazirlik araşdırır

Aktual

15 Fevral 2021, 13:04

“Yayılan videogörüntülərlə bağlı müvafiq araşdırma aparılır. Araşdırma nəticəsindən asılı olaraq, əmələ hüquqi qiymət veriləcək”.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib.

 

Araşdırma nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək.

 

Qeyd edək ki, yayılan məlumata görə, hadisə fevralın 12-i saat 16 radələrində Yasamal rayonu, Şıxəli Qurbanov küçəsində yerləşən bərbərxanaların birində baş verib. Yasamal RPİ 27-ci Polis Bölməsinin sahə müvəkkili Qubadov Camal Qubad oğlunun olduğu iddia edilən şəxs bərbərxanaya daxil olaraq, qeydiyyatçı işləyən qadına maska taxmadığına görə cərimə yazacağını bildirib. Vətəndaş isə maska taxdığını bildirərək buna etiraz edib. Daha sonra isə sahə müvəkkili həmin qadına qarşı fiziki təzyiq edərək onu itələyib. Ardınca isə onu polis bölməsinə aparıb və ona cərimə protokolu yazılıb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu