Modern.az

“Azərsu” abunəçilərini 627 min manat cərimələdi

“Azərsu” abunəçilərini 627 min manat cərimələdi

Təhsil

23 Avqust 2012, 15:49

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti içməli suyun dəqiq uçotunun aparılması və sudan qeyri-qanuni istifadə hallarının aradan qaldırılması istiqamətində nəzarət tədbirlərini gücləndirib. Qurumun mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, xəbərdarlıqlara baxmayaraq hələ də bəzi abunəçilər içməli sudan sayğacdankənar və müqavilə bağlamadan istifadə edirlər.

Bu cür hallara  daha çox şadlıq evlərində, restoranlarda, hamam, camaşırxana, avtoyuma, və s. obyektlərdə  rast gəlinir.  “Azərsu” ASC-nin Kommersiya və Daxili nəzarət departamentlərinin əməkdaşlarının təkcə iyul ayı ərzində həyata keçirdikləri nəzarət tədbirləri nəticəsində 75-i Bakı şəhərində, 14-i isə müxtəlif rayonlarda olmaqla  içməli sudan qeyri-qanuni istifadə halları ilə bağlı  89  fakt aşkarlanıb. Müəyyən edilmiş faktlar aktlaşdırıldıqdan və  dəymiş zərər hesablandıqdan sonra 89 fakt üzrə ümumilikdə  160 420 manat dəyərində cərimə tətbiq olunubdur.

Ümumilikdə  2012-ci ilin yanvar-iyul aylarında “Azərsu” ASC-nin Kommersiya və Daxili nəzarət departamentlərinin əməkdaşlarının keçirdikləri nəzarət tədbirləri nəticəsində  içməli sudan qeyri-qanuni istifadə halları ilə bağlı 914 fakt aşkar edilib, dəymiş zərər qiymətləndirilərək abunəçilər 627 743 manat cərimə olunub.

Qeyd edilib ki, qurum bir daha abunəçilərin diqqətinə çatdırır ki, içməli sudan qeyri-qanuni istifadə yolverilməzdir. Belə halların aşkarlanması üçün nəzarət tədbirləri mütəmadi davam etdiriləcək və qanunsuz hərəkətlərə yol verən abunəçilərin içməli su təchizatı qeyd-şərtsiz dayandırılacaq və onlara qarşı cərimə tətbiq ediləcək.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi