Modern.az

Nazirlikdən hava xəbərdarlığı - Bakıda qar yağacaq, yollar buz bağlayacaq

Nazirlikdən hava xəbərdarlığı - Bakıda qar yağacaq, yollar buz bağlayacaq

Hadisə

15 Fevral 2021, 13:52

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisində havanın dəyişəcəyi barədə xəbərdarlıq edib.

 

Nazirlikdən Modern.az-a verilən məlumata görə, fevralın 17-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Fevralın 17-si axşam və 18-də yağışın fasilələrlə sulu qara, qara keçəcəyi ehtimal olunur.

 

Şimal-qərb küləyi əsəcək, 15-20 m/s, arabir 23-25 m/s, fevralın 17-də axşam, 18-i gecə və səhər yarımadanın bəzi yerlərində arabir 28-30 m/s-dək güclənəcək.

 

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək, fevralın 17-si axşam və 18-də 0 dərəcəyə yaxın olacaq.

 

Fevralın 17-si Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq 19-u səhərədək ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, əsasən dağlıq və dağətəyi rayonlarda intensiv, güclü olacağı gözlənilir. Qərb küləyi əsəcək, 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 27-32 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək. Dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı, fevralın 17-də çovğun olacağı ehtimalı var.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər