Azərbaycan Dil Qurumu İctimai Birliyi dövlət dilinə uyğun olmayan firma adlarının dəyişdirilməsi üçün Vergilər Nazirliyinin İqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı Baş İdarəsinə müraciət edib. Bu barədə Modern.az-a İctimi Birlikdən məlumat verilib.
Müraciətdə bildirilir ki, "Dövlət Dili haqqında" Qanunun 17-ci maddəsinə əsasən, "...hüquqi şəxslərin, onların nümayəndəliklərinin və filiallarının, idarələrinin adları Azərbaycan dilinin normalarına uyğun olaraq yazılmalıdır".