Modern.az

Ermənistan hökuməti müəllimlərin maaşını verə bilmir

Ermənistan hökuməti müəllimlərin maaşını verə bilmir

Dünya

15 Fevral 2021, 15:19

Ermənistanın paytaxtı Yerevan ciddi problemlərlə üzləşib.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, hökumət məktəblərin maliyyələşdirilməsini 10-15% azaltmağı düşünür. Buna səbəb kimi şəhər büdcəsində kifayət qədər məbləğin olmaması göstərilir.

“Yerevan meriyasının maliyyə idarəsi məktəblərə ayrılan vəsaiti 10-15% azaltmaq barədə məktub hazırlayıb. Yeni smeta təsdiqlənsə, məktəblər ciddi probelmlərlə, o cümlədən müəllimlərə əmək haqlarının verilə bilməməsi ilə üzləşə bilərlər”- deyə açıqlamada deyilir.

Məktəb müəllimləri isə kütləvi tətilə hazırlaşır.

Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza