Modern.az

Sahibə Qafarova köməkçilərinin sayını azaltdı - yeni şöbəyə müdir təyin olundu

Sahibə Qafarova köməkçilərinin sayını azaltdı - yeni şöbəyə müdir təyin olundu

15 Fevral 2021, 15:24

Milli Məclisin sədrinin köməkçisi vəzifəsindən azad edilib.

 

Modern.az məlumatına görə, Sahibə Qafarovanın müvafiq əmri ilə Milli Məclis sədrinin köməkçisi Fərid Hacıyev vəzifəsindən azad olunub.

 

Bununla da Milli Məclis sədrinin köməkçilərinin sayı 4-dən 3-ə enib.

 

F.Haciyev Milli Məclis Aparatının Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri təyin edilib.

 

S.Qafarovanın daha bir əmri ilə isə Mehdi Dünyamalı oğlu Qurbanov yeni yaradılan Sosial qanunvericilik şöbəsinə müdir müavini təyin edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu