Modern.az

Ərdoğan Baydenə müraciət etdi

Ərdoğan Baydenə müraciət etdi

15 Fevral 2021, 15:54

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın yeni prezidenti Cozef Baydenə müraciət edib.

 

Modern.az xəbər verir ki, o, amerikalı həmkarını terrorçularla bağlı obyektiv mövqe tutmağa çağırıb.

 

“Separatçı terror təşkilatı 1984-cü ildən bəri 30 min mülki vətəndaşımızı qətlə yetirib. Bunların içində ana bətnindəki uşaqdan yaşlıyadək, fəhlədən müəllimədək, çobandan mollayadək – cəmiyyətin hər təbəqəsindən insanımız var. Dünyaya deyirik ki, gəlin bu alçaqların gerçək üzünü yaxşı görün. Cənab Bayden, sən də bunları yaxşı tanı. Amma bunları tanıyarkən FETÖ-nü də unutma”, - Ərdoğan vurğulayıb.

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza