Modern.az

Türkiyədə genişmiqyaslı əməliyyat - 718 nəfər saxlanıldı

Türkiyədə genişmiqyaslı əməliyyat - 718 nəfər saxlanıldı

Aktual

15 Fevral 2021, 17:43

Türkiyədə PKK terror təşkilatının mənsublarına qarşı genişmiqyaslı əməliyyat keçirilib.

 

Modern.az-ın məlumatına görə, bu barədə ölkənin Daxili İşlər Nazirliyi bildirib.

 

Əməliyyat Türkiyənin 40 vilayətini əhatə edib. Ümumilikdə, təşkilat nümayəndələri ilə əlaqələri olan 718 nəfər saxlanılıb.

 

Saxlanılanlar arasında Xalqların Demokratik Partiyasının (HDP) rəsmiləri olub.

 

Əməliyyat zamanı çoxlu sayda sənəd, eləcə də silah-sursat ələ keçirilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu