Modern.az

Bəzi zəngin ölkələr tələb olunduğundan iki dəfə çox vaksin alırlar - Hikmət Hacıyev

Bəzi zəngin ölkələr tələb olunduğundan iki dəfə çox vaksin alırlar - Hikmət Hacıyev

Aktual

15 Fevral 2021, 18:33

Azərbaycan yalnız ölkə daxilində deyil, eyni zamanda qlobal səviyyədə də koronavirusla mübarizəyə mühüm töhfə verir.

 

Modern.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçkisi Hikmət Hacıyev “COVİD-19 pandemiyasının və vaksinasiyanın geopolitikası” adlı konfransda deyib.

 

H.Hacıyev vurğulayıb ki, BMT Baş Assambleyasının COVID-19-a həsr olunmuş xüsusi sessiyasının çağırılması təşəbbüsü məhz Prezident İlham Əliyev tərəfindən irəli sürüldü və biz çox şadıq ki, bu təşəbbüs dəstəkləndi.

 

PA rəsmisi bildirib ki, Azərbaycan bu gün də özünün qlobal səviyyədə dəstəyini göstərir.

 

Vaksinasiya haqqında danışan H.Hacıyev vurğulayıb ki, bir sıra ölkələr, o cümlədən Azərbaycan vaksinasiyanı tətbiq etməyə başlayıb: “Azərbaycanda vaksinasiya strategiyası hazırlanıb və ilkin olaraq risk qrupuna daxil olan insanların vaksina siyası həyata keçirilir. Eyni zamanda biz dünya təcrübəsini də nəzərə alırıq”.

 

H.Hacıyev bildirib ki, bəzi zəngin ölkələr tələb olunduğundan iki dəfə çox vaksin alırlar:

 

“Təəssüflər olsun ki, bu cür addımlar kasıb ölkələrin vaksin almaq imkanlarını məhdudaşdırır. Kasıb ölkələrin də vaksinlərə çıxışını təmin etmək. Biz, bütün BMT ölkələri arasında əməkdaçlığı gücləndirməklə bu bəlaya qalib gələ bilərik”.

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu