Misir ilə Azərbaycan arasında kitabxana sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə edilib.
Bu barədə Modern.az-a Azərbaycanın Misirdəki səfirliyindən məlumat verilib.
Bildirilib ki, Misirlə Azərbaycan arasında, xüsusilə kitabxana sahəsində əməkdaşlığın gücləndirilməsi münasibətilə Azərbaycanın Misirdəki səfiri Tural Rzayev Misirin Mərkəzi Kitabxanasının sədri səfir Rza Tayfi ilə görüşüb.
Görüş zamanı hər iki ölkənin mərkəzi kitabxanaları arasında əməkdaşlıq memorandumunun imzalanması, habelə ölkəmizə aid kitab sərgilərinin Misirin böyük şəhərlərinin aparıcı kitabxanalarında keçirilməsi müzakirə olunub. Bu münasibətlə, Misirin Mərkəzi Kitabxanasında həm səfirliyimiz tərəfindən çap olunan, həm də səfirliyimizdə mövcud olan, ölkəmizin tarixi siyasətini, ədəbiyyatını, mədəniyyətini əks etdirən otuzdan yuxarı kitabın sərgisi təşkil edilib. Kitab sərgisi kitabxananın oxucularının marağına səbəb olub. Sərginin sonunda kitablar həmin kitabxayana hədiyyə edilib.
Görüş Misirin KİV-lərində geniş şəkildə işıqlandırılıb.